2 zefir (hər biri 70 qram)
200 qram qaymaq 10%-20%
200 qram çiyələk
200 qram kivi
Üzərinə çəkmək üçün şokolad
Bu deserti hazırlamaq üçün qaymaq ilə zefiri blenderlə qarışdırıb, meyvələri səliqəli şəkildə doğrayın.
Sonra inqredientləri qat - qat gözəl bir qədəhə yerləşdirin. Qarışdırılmış qaymağı meyvələrin birinci qatına tökün. Ardından ikinci qatı yerləşdirin. Meyvələrin ikinci qatına qaymağı töküb, üzərinə sürtgəcdən keçirilmiş şokoladı səpin.
Mənbə: Sufrem.az