Ərzaqlar:
Zefir – 0,5 kq.
Şəkərli peçenye – 150 qr.
Kərə yağı – 180-200 qr.
Qoz ləpəsi – 100 qr.
Qaynanmış qatılaşdırılmış süd – 1 banka
Hazırlanması:
Marketdən istənilən şəkərli peçenyelər alırsız, onları ya blenderin, ya da ətçəkənin köməyi ilə toz halına salırsız. Qoz ləpəsinin ¼-ni tortu bəzəmək üçün saxlayacaqsız, qalanlarını üyüdürsüz. Kərə yağı ilə qatılaşdırılmış süd mikserdə çalınır. Bura üyüdülmüş qozla peçenyenin 2/3-nü tökürsüz, qarışdırırsız.
Tortu hazırlayacağınız buludu, formanı götürürsüz, zefirlərin yarısını düzürsüz, üstün bol krem çəkirsiz, sonra yenə qalan zefirlər düzülür, krem yaxılır. Ən sonra tortun üstünə qoz-peçenye ovuntusu səpilir.
Mənbə: Sufrem.az