Tomatlı kilkədən salat

Tomatlı kilkədən salat

Ərzaqlar:

Kartof – 2 ədəd
Kök – 1 ədəd
Kilkə konserva – 1 qutu
Soğan – 1 ədəd
Yumurta – 2 ədəd
Mayonez – 50 qr
Bitki yağı
Duz, istiot

Hazırlanması:

Kartof, kök suda bişirilir, soyulur, sürtgəcdən keçirilir. Soğan doğranlıb, yağda pörtlədilir. Kilkələr bankadan çıxarılıb, çəngəl ilə əzilir. Yumurta bişirilir, soyulib, sürtgəcdən keçirilir.
Boşqaba salat layları yığılır: əvvəlcə kartof, mayonez çəkilir, sonra kilkə, kök, yenidən mayonez çəkilir. Sonra soğan  və üzərinə yumurta layı. Beləcə, dadlı payız salatı hazırdır.

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər