İtalyansayağı küftə

İtalyansayağı küftə

Ərzaqlar:

Çəkilmiş mal əti – 900 qr.
Baton çörəyi – 1 dilim
Süd – 1 st.
Yumurta – 2 ədəd
Parmezan – 50qr.
Mozzarella – 150 qr.
Pomidor – 4 ədəd
Cəfəri – 1 dəstə
Sarımsaq – 4-5 diş
Qırmızı toz bibər – zövqə görə
Zeytun yağı – 3 x.q.
Reyhan – yarım dəstə
Duz – 1,5 ç.q.

Hazırlanması:

Çörək diliminin üzərinə südü əlavə edirsiz.

Çəkilmiş ətin üzərinə yumurtaları çırpırsız, buraya xırdalanmış cəfəri, sürtgəcdən keçirilmiş parmezan, 2 diş əzilmiş sarımsaq, duz, qırmızı toz bibər əlavə edirsiz və yaxşıca qarışdırırsız. Sonra süddə islanmış çörəyi də südlə bərabər farşın üzərinə töküb, yenə qarışdırırsız.

Farşdan küftələr tutursuz, içinə mozzarella pendiri qoyursuz (biz küftəyə alça turşusu qoyduğumuz kimi) və azca yağlanmış listə düzüb 180 dərəcədə 25-30 dəqiqə bişirirsiz.

Onlar sobada ikən biz də sousu hazırlayaq: tavada 3 x.q. zeytun yağı isidilir. Burada 3 diş sarımsaq yumşalana kimi pörtlədilir. Sonra üzərinə əzilmiş püre halına salınmış pomidorlar, duz, su, xırdalanmış reyhan tökülür, qarışdırılır və sosu qatılaşana kimi qaynadılır.

Küftələr sobadan çıxarılır, sousun içinə atılır, 5 dəqiqə də sousla birgə bişirildikdən sonra süfrəyə verilə bilər.

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər