Məşhur özbək şorbası: Mastava

Məşhur özbək şorbası: Mastava

Ərzaqlar:
Qoyun əti -1 kq.
Soğan - 2 baş
Kök -1 ədəd
Sarımsaq – 3 diş
Kartof - 2 ədəd
Düyü – yarı stəkan
Qırmızı turp – 100 qr.
Zirə - 1 x.q.
Bitki yağı
Quru rehyan – 1 ç.q.
Duz, istiot

Hazırlanması:
Ət yuyulur, arasındakı pərdə çıxarılır, iri tikələrə doğranılır. Soğan, kök, sarımsaq, turp xırda doğranılır. Bitki yağı dağ edilir, qoyun əti burda 4-5 dəqiqə bişirilir. Sonra bura soğan əlavə olunub qarışdırılaraq daha 3 dəqiqə bişirilir.  Daha sonra sarımsaq, kök, tupr qatılır və birlikdə 5-6 dəqiqə qızardılır.
Tavadakılar bir qazana tökülür, üzərinə su əlavə olunur və şorba bişirilir. Elə ki, qaynara düşdü, od azaldılır və vam odda 15 dəqiqə bişirilir. Düyü yuyulur, süzülür. Kartof soyulur, kub formasında doğranılır. Kartof, düyü, zirə qazana əlavə olunub, şorba daha 20 dəqiqə bişirilir. Hazır olmağa 5 dəqiqə qalmış quru rehyan səpilir.

Mənbə: Sufrem.az 

Bu kateqoriya üzrə digər xəbərlər