Krab çubuqlarından kotlet

Krab çubuqlarından kotlet

Ərzaqlar:

Krab çubuqları – 150 qr.
Holland pendiri – 100 qr.
Yumurta – 1 ədəd
Mayonez – 2 x.q.
Sarımsaq – 2 diş
Duz, istiot

Hazırlanması:

Krab çubuqları sürtgəcin iri gözündən, pendir isə xırda gözündən keçirilir. Pendir və krab qarışdırılır. Bura əzilmiş sarımsaq əlavə olunur.
Yumurta ayrıca çalınır. Bura mayonez, duz-istiot əlavə olunub qarışdırılır.
Krab və pendir qarışığından kotlet formaları düzəldilir, yumurtalı mayonezə batırılır. Yağda qızardılır. Od zəif olmalıdır, çünki bu kotletlər tez yana bilər.

Nuş olsun!

Mənbə: Sufrem. az

Bu kateqoriya üzrə digər xəbərlər