Ərzaqlar:
Mal əti tikəsi – 600 qr.
Baş soğan – 3 ədəd
Sarımsaq – 2 diş
Ərinmiş kərə yağı – 4 x.q.
Ət bulyonu və ya bulyon kubikləri
Duz, istiot
Hazırlanması:
Bifşteks üçün ət çox da dərindən yox, üzdən kəsilib götürülür. Çünki dərin liflərə getdikcə ət bərk olacaq, çeynəmək çətinləşəcək.
Ət yuyulur, qurudulur, pay tikələrə bölünür. Hər tikə döyülür, duz, istiot səpilir. Tavaya yağ əlavə olunur, isidilir, ət tikələri tavaya bir-birindən 1 sm. aralı düzülür. Aralarına xırdalanmış soğan səpilir. Ət və soğan tam qızarana kimi, arada qarışdırılmaqla bişirilir. Sonra od azaldılır, sarımsaq səpilir və tam hazır olana kimi bişirilir. Çalışın ki, ət çox qurumasın.
Odun üzərindən götürüb, ətin üstünə 1-2 qaşıq isti bulyon gəzdirilir. Bifşteks elə bu tavadaca süfrəyə dərhal verilir. Nuş olsun!
Mənbə: Sufrem.az