Beynində əməliyyat aparılan musiqiçi saksafon çaldı - İnanılmaz kadrlar!

Beynində əməliyyat aparılan musiqiçi saksafon çaldı - İnanılmaz kadrlar!

İspaniyanın Malaqa şəhərindəki "Carlos Haya Hospital"da inanılmaz olay, sensasiya baş verib.

Saksofonçu Karlos Agileranın beynində əməliyyat aparılırdı.

12 saat davam edən əməliyyat zamanı 27 yaşlı musiqiçi saksofonda klassik caz əsərlərini ifa edib.

Karlos Agilera Avropada üzərində cərrahiyyə əməliyyatı aparılarkən musiqi alətində ifa edən ilk insandır.

Əvvəllər belə olay ABŞ-da baş vermişdi.

Beynində bədxassəli şiş olan Karlos əməliyyat zamanı neyrocərrahlar və anestezioloqlar ona əvvəlcə not kitabı veriblər.

Karlos notlara baxıb, sonra ona verilən saksofonda astadan ifaya başlayıb.

Dünən Karlos Agilera jurnalistlərin suallarını cavablayıb.

"Musiqi mənim həyatımdır. Əməliyyat oktyabrın 15-də keçirilib və yalnız indi video yayılıb. Cərrahlara minnətdaram", - Karlos Agilera söyləyib.

(milli.az)

Bu kateqoriya üzrə digər xəbərlər