Ərzaqlar:
Yumurta - 1 ədəd
Marqarin – 50 qr.
Un – 1 st.
Şəkər tozu – 0,5 st.
Balqabaq – 150 qr.
Hazırlanması:
Yumurta şəkər tozu ilə qarışdırılır. Marqarin zəif odda əridilir, üzərinə un əlavə olunub qarışdırılır və bu, yumurta şəkər kütləsi ilə birləşdirilir. Balqabaq bişirilir, sürtgəcdən keçirilir. Xəmirə əlavə olunub qarışdırılır. Xamaya bənzər xəmir kütləsi alınmalıdır.
Forma yağlanır, xəmirdən kiçik hissələr istədiyiniz formaya qoyulur, 150 dərəcədə 12 dəqiqə bişirilir. Çox qızarmasın. Qurumasın.
Nuş olsun!
Mənbə: Sufrem.az